Avropa İttifaqı altı xüsusi nümayəndəsinin səlahiyyət müddətləri ilə bağlı qərar verib.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qərara əsasən, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın da səlahiyyət müddəti artırılıb.
O, bu vəzifəni daha 12 ay icra edəcək.
Qeyd edək ki, T.Klaar 2017-ci ildən bu vəzifəyə təyinat alıb.
7NEWS.Az








