RU
Aİ Dağlıq Qarabağ münaqişəsi ətrafında artan gərginlikdən narahatdır
14:30
367

Aİ Dağlıq Qarabağ münaqişəsi ətrafında artan gərginlikdən narahatdır

Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyişin olmamasından narahatdır.

Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Belqradda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

O bildirib ki, Aİ Dnestryanı münaqişənin nizamlanmasında zəif irəliləyişdən, Dağlıq Qarabağ münaqişəsi ətrafında artan gərginlikdən və Gürcüstandakı münaqişənin sonrakı gərginləşməsindən narahatdır.

F.Moqerini vurğulayıb ki, Aİ münaqişənin bütün tərəflərini ATƏT-in prinsiplərinə riayət etməklə siyasi həll yollarının tapılması üçün səy göstərməyə çağırır.

O əlavə edib ki, Aİ münaqişələrin nizamlanması prosesində fəal iştiraka sadiq olaraq qalır./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ