7NEWS.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) aprel ayı üçün Aİ ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb. Açıqlanan məlumatlara görə, AB ölkələrində yeni avtomobil satışları keçən ay 2023-cü ilin eyni ayına görə yüzdə 13,7 artaraq 913 min 995 ədədə çatıb. Birliyə üzv ölkələrdə satılan yeni avtomobillərin 36 faizini benzin, 29,1 faizini hibrid, 12,9 faizini dizel, 11,9 faizini elektrik, 6,8 faizini plug-in hibrid, 3,3 faizini isə digər yanacaq növlərindən istifadə edən avtomobillər təşkil edib.
7NEWS.az








