Avropa İttifaqına üzv ölkələrin səfirləri etimadı gücləndirmək və delimitasiyaya töhfə vermək məqsədi ilə Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanı göndərməyə razılaşıb.
7NEWS.Az xəbər verir ki, bu barədə "Azadlıq Radiosu”nun erməni xidməti diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu barədə qərar Siyasi və Təhlükəsizlik Komitəsinin qapalı formatda keçirilən iclasında qəbul edilib. Hazırda qərarın təfərrüatları, xüsusən missiyanın neçə nəfərdən ibarət olacağı, hansı ölkələrdən və onların Ermənistana gəlişi tarixləri müzakirə olunur.
13:43
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaza, Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərilməsi məsələsi sabah müzakirə olunacaq.
7NEWS.Az xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar oktyabrın 10-da Avropa Parlamentində müzakirələr zamanı deyib.
"Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə mülki missiyası ilə bağlı qərar üzv dövlətlər tərəfindən verilməlidir. Sabah bu məsələ Siyasi və Təhlükəsizlik Komitəsində müzakirə olunacaq”, - Klaar bildirib.
7NEWS.Az








