RU
Aİ ölkələri Rusiyadan almaz alışına qadağa qoya bilər
16:00
27

Aİ ölkələri Rusiyadan almaz alışına qadağa qoya bilər

Avropa Komissiyası Rusiyadan almaz alışının qadağan edilməsi ilə bağlı Avropa İttifaqına (Aİ) üzv ölkələrə təklif göndərəcək.

Bu barədə "Frans-Presse” agentliyi məlumat yayıb.

"Avropa Komissiyası baxılmaq üçün üzv ölkələrə göndəriləcək təklifi qəbul edib. 27 üzv ölkənin hamısı bunu təsdiqləsə, bu təklif yekdilliklə qəbul edilə bilər”, - agentlik bildirib.

Daha əvvəl məlumat verilmişdi ki, Rusiyaya qarşı 12-ci sanksiyalar paketinə 120-dən çox şəxsə qarşı yeni məhdudiyyətlər, həmçinin almaz daxil olmaqla, ixracla bağlı sanksiyalar və s. daxil olacaq.
 
 
 7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ