7NEWS.az xəbər verir ki, Ukrayna buğdasının bir hissəsi Boğazlar vasitəsilə beynəlxalq bazarlara çıxarkən, bir hissəsi də Polşa, Macarıstan, Rumıniya və Slovakiyadan keçir. Ukrayna rəsmilərinin məlumatına görə, taxıl və ərzaq istehsalının 10%-i Polşa, 6%-i isə Macarıstan sərhədindən keçir. İndiki mərhələdə logistik problemlər səbəbindən taxılın yığılması və qiymətlərin aşağı düşməsi Aİ tərəfində fermerlərin reaksiyasına səbəb olur. Polşa və Macarıstan qadağaların iyunun sonuna qədər davam edəcəyini açıqlayıb. Qadağalar taxılla məhdudlaşmayacaq, tərəvəz, meyvə, ət, süd məhsulları və yumurtaları da əhatə edəcək.
7NEWS.az








