Avropa Komissiyası Macarıstanın "bərpa və dayanıqlılıq planı”nın yenidən işlənmiş variantını təsdiqləyib. Beləliklə, Budapeştə 920 milyon avronun "şərtsiz” ödənilməsinin yolu açıldı.
7NEWS.az xəbər verir ki, Avropa Komissiyası qlobal enerji bazarındakı pisləşməyə cavab olaraq həyata keçirdiyi "REPowerEU” Planı çərçivəsində Macarıstana 920 milyon avro köçürməyə hazırlaşır. Rusiyanın Ukraynaya təcavüzündən dərhal sonra həyata keçirilən RePower EU Avropa İttifaqının idxal olunan qalıq yanacaqlardan uzaqlaşmaq və yaşıl transformasiyanı sürətləndirmək planıdır.
7NEWS.az








