Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell müdafiə sənayesi və texnologiya bazasını gücləndirmək və hasilatı artırmaq lazım olduğunu bildirib.
7NEWS.az xəbər verir ki, Borrell "Avropa müdafiə sənayesini gücləndirməyin vaxtıdır” başlıqlı bloq yazısını paylaşıb. Aİ Komissiyasının keçən həftə yeni Avropa Müdafiə Sənayesi Strategiyasını hazırladığını xatırladan Borrell, Ukraynaya adekvat hərbi dəstək verməyə davam etmək, ehtiyatları tamamlamaq və mümkün yeni təhlükələrlə üzləşmək üçün müdafiə sənayesini gücləndirmələri lazım olduğunu bildirib.
7NEWS.az








