"Avropa İttifaqı Cənubi Qafqazda davamlı sülhə töhfə verməyə tam sadiqdir”.
Bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel tviterdə yazıb.
"Biz Ermənistan-Azərbaycan sərhədində monitorinq potensialı yaradırıq və insanların həyatını riskə atmamaq üçün 40 monitorinq eksperti yerləşdiririk”, - o bildirib.
Qeyd edək ki, oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib. Missiya Ermənistanda Azərbaycanla sərhədin yaxınlığında yerləşdiriləcək.








