RU
Aİ-nin ali nümayəndəsi:
18:50
282

Aİ-nin ali nümayəndəsi: "Rusiyaya qarşı maliyyə sanksiyasının tətbiqinə nail olmuşuq"

"Avropa İttifaqı Rusiyaya qarşı imkanları daxilində maliyyə sanksiyasının tətbiqinə nail olub".

7NEWS.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələlər üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

Onun sözlərinə görə, kütləvi sanksiyalar Rusiya milli valyutasının - rublun 40 faiz ucuzlaşmasına səbəb olub.

J.Borrel bildirib ki, yüksək sənaye texnologiyasının ixracına və digər iqtisadi sahələrə dair sanksiyalarla üzləşməsi Rusiya üçün ağırdır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ