RU
Aİ-nin Cənubi Qafqaz üzrə sabiq nümayəndəsi səfir təyin olunub
12:20
348

Aİ-nin Cənubi Qafqaz üzrə sabiq nümayəndəsi səfir təyin olunub

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Herbert Salber Almaniyanın Bolqarıstandakı səfiri təyin olunub.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan sabiq xüsusi nümayəndə bu postda sələfi Detlef Linqemanı əvəz edib. 

Qeyd edək ki, H. Salber 2014-cü ildən 2017-ci ilin avqustunadək Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsini tutub. Bundan əvvəl isə 63 yaşlı diplomat Almaniyanın NATO və Brüsseldəki daimi nümayəndəsinin müavini postunda çalışıb./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ