Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın vaxtlarda Ermənistan və Azərbaycana səfər edəcək.
Diplomat bu barədə öz Twitter səhifəsində yazıb.
"Brüsseldəki görüşlərdən sonra İzabelle Dümon (Fransanın Kipr və Ukraynadakı keçmiş səfiri – red.) və həmkarları ilə birlikdə Aİ və Fransanın birgə səfəri üçün bölgəyə qayıtmaqdan məmnunluq duyuram. Biz yaxın günlərdə Ermənistan və Azərbaycan rəhbərliyi ilə mənalı görüşlər gözləyirik”, - deyə o yazıb./olke
7NEWS.Az








