Avropa İttifaqı (Aİ) Rusiyadan gübrə idxalını 2022-ci ilin dekabrından bəri ən yüksək həddə çatdırıb. Ən çox alışı artıran ölkə Belçika olub.
7NEWS.az xəbər verir ki, Sputnik-in Avropa statistik məlumatlarına əsaslanaraq apardığı hesablamalara görə, Aİ ölkələri fevral ayında Rusiyadan 167 milyon avro dəyərində gübrə idxal edib. Bu, 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyə idi.
7NEWS.az








