Avropa İttifaqı rəsmən Rusiyaya qarşı sayca 19-cu sanksiyalar paketini təsdiqləyib.
7News.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, Rusiyaya qarşı 18-ci sanksiyalar paketi 18 iyul 2025-ci ildə Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənib və 20 iyul 2025-də qüvvəyə minib. Paketdə neft məhsulları üzrə idxal məhdudiyyətləri (xam neftin barrelinin qiyməti $60-dan $47,6-ya endirilib), Nord Stream 1 və 2 boru kəmərləri ilə əlaqəli əməliyyatların tam qadağanı, 105 gəmiyə liman girişi yasağı, və Rusiyanın maliyyə institutlarına, o cümlədən 22 yeni banka maliyyə əməliyyatları qadağanı kimi əsas məhdudlaşdırıcı tədbirlər yer alıb.








