Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı ikinci sanksiyalar paketini təsdiqləyib.
7NEWS.Az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.
Bununla yanaşı, Aİ Rusiya Prezidenti Vladimir Putini və xarici işlər naziri Sergey Lavrovu sanksiya siyahısına daxil edib.
Bundan əvvəl ABŞ prezidenti Cozef Bayden bildirib ki, G7 ölkələrinin liderləri Rusiyaya qarşı daha sərt sanksiyalar paketi tətbiq etmək barədə razılığa gəliblər.
7NEWS.Az







