RU
Aİ Rusiyaya tətbiq olunacaq 6-cı sanksiyalar üzərində işləyir
21:50
978

Aİ Rusiyaya tətbiq olunacaq 6-cı sanksiyalar üzərində işləyir

Avropa İttifaqı Rusiyaya tətbiq olunacaq 6-cı sanksiyalar paketi üzərində işləyir.

7NEWS.Az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.
"Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsi qlobal təhlükəsizliyə təsir edir. Biz 6-cı sanksiya paketi üzərində işləyirik ki, onun məqsədi daha çox bankın fəaliyyətini SWIFT-dən kənarlaşdırmaq, dezinformasiya yayan aparıcı aktorların siyahısını hazırlamaq və neft idxalı ilə mübarizə aparmaqdır", - Borrell bildirib.

O qeyd edib ki, bu tədbirlər təsdiqlənmək üçün tezliklə Aİ Şurasına təqdim olunacaq.
 
 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ