RU
“Aİ sərhəddə vəziyyətin gərginləşməsindən narahatdır”
19:40
786

“Aİ sərhəddə vəziyyətin gərginləşməsindən narahatdır”

"Avropa İttifaqı Azərbaycan - Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən dərin narahatlıq duyur”.

7NEWS.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stanonun Azərbaycan - Ermənistan sərhədindəki vəziyyətlə bağlı yaydığı bəyanatda qeyd olunub.

Həmçinin Aİ tərəfləri danışıqları bərpa etməyə çağırıb: "Biz tərəfləri sərhədlərin demarkasiyası da daxil olmaqla, həll edilməmiş məsələlərin hərtərəfli həllinə nail olmaq üçün danışıqları bərpa etməyə çağırırıq”. 

Bununla yanaşı, Avropa İttifaqı Ermənistan və Azərbaycanı mümkün qədər təmkin nümayiş etdirməyə, üçtərəfli bəyanat çərçivəsində üzərlərinə götürdüyü öhdəliklərə riayət etməyə çağırıb.

 
 
7NEWS.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ