RU
Aİ “Şərq Tərəfdaşlığı” dövlətləri xarici işlər nazirlərinin görüşü keçirilir
18:36
164

Aİ “Şərq Tərəfdaşlığı” dövlətləri xarici işlər nazirlərinin görüşü keçirilir

Brüsseldə Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Aİ Şurasının rəsmi saytında bildirilib.

Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri idarəetmə və investisiya məsələlərini, eləcə də dayanıqlılıq, inkişaf və islahatlar üçün tərəfdaşlığın gücləndirilməsini müzakirə etmək üçün "Şərq Tərəfdaşlığı”ndan olan həmkarları ilə görüşür.

Qeyd edək ki, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ