Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Tayvanın Aİ üçün kritik əhəmiyyət daşıdığını ifadə edərək, "Əminəm ki, bütün Avropa ölkələri bu fikri bölüşür" dedi.
7NEWS.az xəbər verir ki, Borrell Avropa Parlamentinin (AP) Baş Assambleyasında Çinlə əlaqələrə həsr olunmuş sessiyada çıxış edib. Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyenin Covid-19-a tutulması nəticəsində ayın əvvəlində Fransa prezidenti Emmanuel Makronla eyni vaxtda Çinə etdiyi səfərdə iştirak etmək planını reallaşdıra bilmədiyini xatırladan Borrell, "dörd sözə əsaslanmalıdır: dəyərlər, iqtisadi təhlükəsizlik, Tayvan və Ukrayna” deyə bildirdi.
7NEWS.az








