RU
Aİ Türkiyə sərhədində personalın sayını artıracaq
15:20
55

Aİ Türkiyə sərhədində personalın sayını artıracaq


Frontex Bolqarıstanın Türkiyə və Serbiya ilə sərhədlərinə əlavə personalın ayrılacağını açıqlayıb. Martın 20-dən etibarən bu sərhədlərdə şəxsi heyətin sayı üç dəfə artacaq.

7NEWS.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) sərhəd mühafizə agentliyi olan Frontex Bolqarıstanın Türkiyə və Serbiya ilə sərhədində çalışan personalın sayını üç dəfə artırmağı planlaşdırır. Agentliyin direktoru Hans Leijtens, Türkiyə-Bolqarıstan sərhəd qapısı Kapitan Andreevoda verdiyi açıqlamada, martın 20-dən etibarən Bolqarıstana daha 500-600 Frontex zabitinin təyin ediləcəyini söylədi. Bolqarıstanın BTA xəbər agentliyinin məlumatına görə, Leytens daha əvvəl Bolqarıstanın daxili işlər naziri Kalin Stoyanov ilə Bolqarıstanın Türkiyə ilə sərhədində tədbirləri nəzərdən keçirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ