RU
AİHM Belçikada halal kəsim qadağasını haqlı hesab edib
14:00
32

AİHM Belçikada halal kəsim qadağasını haqlı hesab edib


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Belçikada müsəlmanları təmsil edən təşkilatların halal kəsim qadağasına qarşı qaldırdıqları işdə qadağanın din azadlığını məhdudlaşdırmadığına qərar verib.

7NEWS.az xəbər verir ki, AİHM-in bəyanatında bildirilib ki, Məhkəmə ilk dəfə olaraq heyvanların rifahı və bununla bağlı dini etiqad azadlığı ilə bağlı işə baxıb. Açıqlamada, Belçikanın Vallon və Flaman bölgələrində tətbiq edilən halal kəsim qadağasının heyvan rifahı əsaslarına söykəndiyi üçün dini azadlıqlara qanuni müdaxilə olduğu ifadə edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ