RU
Ağıl dişini çıxartdılar - iki həftə sonra ÖLDÜ - FOTO
18:00
708

Ağıl dişini çıxartdılar - iki həftə sonra ÖLDÜ - FOTO

Çinin Hunan əyalətində yaşayan 26 yaşlı Lü Qofan ağıl dişi çıxarıldıqdan iki həftə sonra qanaxmadan ölüb.

Ağıl dişini çıxartdılar - iki həftə sonra ÖLDÜ - FOTO

7News.Az-ın verdiyi xəbərə görə, bu barədə "The Sun" yazır.

Mayın 25-də dişi çıxarılan Lü 5 gün sonra "Zhihu" onlayn forumunda son günlər dişindən dayanmadan qan axtığını müzakirəyə çıxarıb və qanlı salfet və dəsmalların qorxunc fotolarını paylaşıb.

Ağıl dişini çıxartdılar - iki həftə sonra ÖLDÜ - FOTO

Ağıl dişini çıxartdılar - iki həftə sonra ÖLDÜ - FOTO

Ağıl dişini çıxartdılar - iki həftə sonra ÖLDÜ - FOTO

Problemi müzakirə etdikdən sonra o, klinikaya yollanıb. Lakin qanaxma yenə də davam edib. İyunun 4-də Lü xəstəxnaya yerləşdirilib, səhəri gün isə reanimasiya şöbəsinə köçürülüb.

Həkimlər onu xilas edə bilməyiblər: iyunun 9-da Lü dünyasını dəyişib.

Tibbi qeydlərə əsasən, sepsis və daxili qanaxmadan yaranan beyin dislokasiyası onun ölümünə səbəbə olub.

Bacısı Lü Huan həkimləri şikayətlərə ciddi yanaşmamaqda ittiham edir.

Eyni zamanda, tibbi qeydlər Qofanın leykositlərinin və temperaturunun yüksək olduğunu göstərir. Bu isə infeksiya əlamətləridir.

Ağıl dişini çıxartdılar - iki həftə sonra ÖLDÜ - FOTO

Digər hesabatda Qofanın kəskin miyeloid leykozu olduğu ehtimal edilir. Xərçəng şişləri səbəbindən xəstə infeksiyaya qarşı daha həssas olur. Müalicə gecikdirildikdə insan bir neçə həftəyə ölə bilər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ