RU
Ailə dəhşəti: Arvadını döyüb pəncərədən aşağı tulladı - FOTOLAR
16:30
768

Ailə dəhşəti: Arvadını döyüb pəncərədən aşağı tulladı - FOTOLAR

Ankarada bir kişi boşanma ərəfəsində olan arvadını bıçaqlayıb, eyvandan aşağı atıb. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Başkənddə baş verib. 
İddiaya görə, Fatih E. boşanma ərəfəsində olan həyat yoldaşı Sevim E-ni ölümlə təhdid etməyə başlayıb. Ərinin təhdidlərindən qorxan qadın anasının evinə sığınıb. Bir müddət əri tərəfindən təhdidlərə məruz qalan Sevim 26 avqustda anasının evində onun hücumuna məruz qalıb. Qaynanasının evinə pəncərədən daxil olmağa çalışan kişi həyat yoldaşına hücum edib. Arvadını bıçaqlayan Fatih analarına kömək etmək istəyən qızlarını da döyüb. Daha sonra qanlar içində olan arvadını eyvandan aşağı atıb. Əsəblərini cilovlaya bilməyən kişi eyvandan aşağı atdığı həyat yoldaşına dibçək də tullayıb.

Qızlar analarını xilas etmək üçün polisə və təcili tibbi yardıma xəbər veriblər. Yaralı qadın xəstəxanaya aparılıb. Fatih E. polislər tərəfindən saxlanılsa da ifadə verdikdən sonra sərbəst buraxılıb. 

Fatih və Sevim cütlüyünün böyük qızı E.E polisə ifadəsində atasının anasını ölümlə təhdid etdiyini söyləyib: "Atam pəncərədən dırmaşıb içəri girdi. İlk öncə anama hücum edib, bıçaqladı. Daha sonra da eyvandan aşağı atdı. Bacımla mən anama kömək etmək üçün aşağı düşdük. O, anamın üzərinə dibçək atmağa davam edirdi. Atam mənə və digər bacılarıma da hücum etdi. Atam mənim mənim başımı divara çırpıb, barmağımı kəsdi. Anamın vəziyyəti ağırdır. Anamla bizim həyatımız təhlükədədir. Polislərin niyə atamı sərbəst buraxdığını anlamıram”. 

Ailə dəhşəti: Arvadını döyüb pəncərədən aşağı tulladı - FOTOLAR
Ailə dəhşəti: Arvadını döyüb pəncərədən aşağı tulladı - FOTOLAR

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ