RU
Ailə faciəsi: heç kim sağ qalmadı - VİDEO
12:30
366

Ailə faciəsi: heç kim sağ qalmadı - VİDEO

Ötən gün Türkiyədə ailə faciəsi yaşanıb.

7News.az "Haberler"ə istinadla bildirir ki, Karamanın Ermenek mahalında ev yanıb. Yanğın nəticəsində ata və iki qızı yanaraq ölüb. 

Qonşuların dediyinə görə, ata yanan evdən qızlarını çıxarmaq üçün özünü oda atıb. Bu anda evin damı uçub. Damın altında qalan ata və iki qızı yanaraq ölüblər.

Yanğının səbəbi barədə məlumat yoxdur. 

Qeyd edək ki, uşaqların anası iki il əvvəl dünyasını dəyişib. 

7News.az

Videonu izləmək üçün şəklə klikləyin:

Ailə faciəsi: bir ailə tamamilə yox oldu

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ