BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı Ömer.D mübahisə etdiyi 24 yaşlı həyat yoldaşı Songülü və 3 övladlarını güllələyib. Daha sonra Ömər.D isə polis bölməsinə gedərək könüllü təslim olub.
Ömer.D-nın həyat yoldaşı Songül, 1 yaşlı oğlu Efekan hadisə yerində keçinib.
3 yaşlı Fatih və 6 yaşlı Yusif ağır yaralanıb.
Güllə səsini eşidən qonşular polisə və təcili tibbi yardıma xəbər veriblər.
Yaralı uşaqlar dərhal xəstəxanaya qaldırılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.

7News.Az








