RU
“Ailəmi söydü, güllələdim...”
16:01
530

“Ailəmi söydü, güllələdim...”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində borclu olduğu sahibkarı güllələyən Vüqar Şirinovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası baş tutub. Dövlət ittihamçısı ittiham aktını elan edib. V.Şirinov özünü qismən təqsirli bildiyini deyib.

O bildirib ki, qətli öncədən planlaşdırmayıb: "Rəhmətlik məni, ailəmi söydü. Özümdən çıxdım, vurdum. İstəməzdim belə olsun, amma bir iş idi, oldu".

Məhkəmə prosesi oktyabrın 17-də davam etdiriləcək./qafqazinfo

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ