Türkiyədə 12 nəfər dəm qazından zəhərlənib.
7news.Az report-a istinadən xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Məlumata görə, hadisə paytaxt Ankarada baş verib. Belə ki, İraqdan olan ailənin 12 üzvü sobadan sızan karbon monoksid qazından zəhərlənib.
Zəhələnənlərin 4-nün azyaşlı olduğu bildirilir. Hadisə yerinə təcili yardım briqadaları gəlib.
Zərəçəkmişlər Ankaranın ayrı-ayrı xəstəxanalarına çatdırılıb.
7news.Az








