Qazax rayonunda bir evdə yaşayan 6 nəfər qidadan zəhərlənib.
7News.Az xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndində baş verib.
Kənd sakini, 1956-cı il təvəllüdlü Şanətə Mustafayeva, 1986-cı il təvəllüdlü Şəlalə Ələkbərova, 1984-cü il təvəllüdlü Sübhanə Nəsibova, 2014-cü il təvəllüdlü Qorçulu Şayəstə Nıftalı qızı, 2016-cı il təvəllüdlü Qorçulu Nərgiz Nıftalı qızı, 2020-ci il təvəllüdlü Qorçulu Zahid Nıftalı oğlu qida zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.
İlkin ehtimala görə, zəhərlənmə ev şəraitində hazırlanmış pomidor turşusundan baş verib.
7News.Az








