RU
Ailəsi 20 il əsir saxladı - Zəncirləndi döyüldü...  ACIMASIZ HƏYAT HEKAYƏSİ - FOTOLAR
14:34
684

Ailəsi 20 il əsir saxladı - Zəncirləndi döyüldü... ACIMASIZ HƏYAT HEKAYƏSİ - FOTOLAR

Braziliyada 20 il əsirlikdə saxlanılan Armando Andrade adlı şəxs təsadüf nəticəsində xilas olub.

36 yaşlı şəxs atası və ögey anası tərəfindən evin zirzəmisindəki yatağa bağlanıb. Əl-ayaqları bağlı vəziyyətdə 20 il qaranlıq otaqda yaşayan Armandonu polis azad edib.

Narkotik ticarətçilərinin axtarışına çıxan asayiş keşikçiləri, təsadüfən Armandonun əsir saxlandığı zirzəmidə axtarış aparıb. Armando hərəkətsiz vəziyyətdə olduğundan polislər onun narkotik vasitələrin təsiri altında olduğunu güman edib. Lakin araşdırmalardan sonra dəhşətli hadisənin üstü açılıb.

Qonşuların sözlərinə görə, Armando vaxtilə çox pozitiv insan olub. Gitarada ifa etməyi bacaran şəxs, tez-tez mahnı oxuyurmuş. Güman edilir ki, Armando spirtli içki aludəçisi olduğuna görə, valideynləri onu bu yolla cəzalandırıb. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ