RU
Ailəsi evlənməyə icazə vermədi, sevgilisinin üstünə benzin töküb diri-diri yandırdı - FOTOLAR
12:39
251

Ailəsi evlənməyə icazə vermədi, sevgilisinin üstünə benzin töküb diri-diri yandırdı - FOTOLAR

Bursada dəhşətli hadisə baş verib.

7News.AzTürkiyə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı Ümit Varol mübahisə etdiyi sevgilisi 35 yaşlı Şəngül Vətənsevərin üzərinə benzin tökərək onu diri-diri yandırıb. 

Məhkəmədə ifadə verən Ümit Varol bildirib ki, ailəsi evlənməyinə icazə vermədiyinə görə aralarında mübahisə düşüb:

"Mən öz qoluma benzin tökdüm. O isə benzini məndən alıb üzərinə tökdü. Alışqanla qolumu yandıranda onun da bədəni alovlanmağa başladı. İkimiz də yandıq. Özümüzü söndürüb maşına mindik. Bu zaman o qardaşı ilə telefonda danışırdı. Məndən maşını dayandırmağı və düşmək istədi. Mən maşını divara çırpdım. Məni təcili yardımla xəstəxanaya apardılar .Mən özümü öldürmək istədim. Amma ikimiz də yandıq. Məqsədim onu öldürmək olmayıb".

Ailəsi evlənməyə icazə vermədi, sevgilisinin üstünə benzin töküb diri-diri yandırdı - FOTOLAR
Ailəsi evlənməyə icazə vermədi, sevgilisinin üstünə benzin töküb diri-diri yandırdı - FOTOLAR
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ