Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.
7news.Az Report-a istinadən xəbər verir ki, 50 yaşlı Cabbarov Natiq Ağamirzə oğlu evdə ailə üzvləri ilə mübahisə edib.
Daha sonra o, eyvana çıxaraq özünü yerə atıb. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlərin məlumatına görə, o, səhiyyə ocağına aqonal vəziyyətdə daxil olub. Tibbi yardım göstərilməsinə baxmayaraq dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə cinayət işi başlanılıb.
7news.Az








