RU
11:55
437

"Air Canada"nın təyyarəsi məcburi eniş edib

"Air Canada"ya məxsus "Airbus A319" sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Vinnipeqdə (Manitoba əyaləti) məcburi eniş edib.

Təyyarə Fort-Makmürreydən (Alberta əyaləti) Torontoya (Ontario əyaləti) uçurdu. Təyyarə havada olan zaman mühərriklərdən birində problem yaranıb.

"Air Canada"nın nümayəndəsi Con Riber bildirib ki, təyyarə uğurla Vinnipeqin hava limanında enib.

Təyyarədə neçə nəfər olduğu və digər təfərrüatlar bildirilmir. /Trend

 

7news.Az

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ