RU
“Ağır əməliyyat üçün hazırlıq başladı”
20:15
1581

“Ağır əməliyyat üçün hazırlıq başladı”

Teleaparıcı Hacı Nuran Hüseynov Almaniyanın Düsseldorf şəhərində yerləşən klinikadan müalicəsini davam etdirir.

7news.az xəbər verir ki, aparıcı sosial şəbəkədə yeni fotosunu paylaşaraq, ağır əməliyyata hazırlaşdığını qeyd edib:

“Ağır transplantasiya əməliyyatı üçün hazırlıq başladı”.

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən teleaparıcı artıq bir neçə ildir ki, xəstəliklə mübarizə aparır. O, ötən ayın 28-də Bakıya gəlmiş və bir neçə gün əvvəl məhz əməliyyat üçün Almaniyaya qayıtmışdı.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ