RU
17:07
38

"Air France" Nigerə uçuşları dayandırır


Fransanın milli hava yolu şirkəti Air France, Nigerdəki xuntanın hava məkanını bağladığını elan etdikdən sonra bu ölkəyə uçuşları ikinci bir bildirişə qədər dayandırdığını açıqladı.

7NEWS.az xəbər verir ki, Air France-ın verdiyi açıqlamada Nigerin paytaxtı Niameyə uçuşların dayandırıldığı bildirilib. Mali və Burkina Fasoya birləşdirən uçuşların da avqustun 11-dək dayandırıldığı bildirilən açıqlamada qərara səbəb kimi Nigerdəki xunta rəhbərliyinin dünən ikinci əmrə qədər ölkədəki hava məkanını beynəlxalq uçuşlara bağlaması göstərilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ