RU
Ağır qəzanın dəhşətli görüntüləri yayıldı - 8 maşın toqquşdu, 4 nəfər yaralandı - VİDEO
12:20
441

Ağır qəzanın dəhşətli görüntüləri yayıldı - 8 maşın toqquşdu, 4 nəfər yaralandı - VİDEO

Zəncirvari qəzada 4 nəfər yaralanıb.

7News.az xəbər verir ki, paytaxtın Binəqədi rayonunda 8 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Prospektlə "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olan "VAZ 2106" markalı avtomobil körpünün üstündə idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı beton yol ayrıcına çırpılıb. Bundan sonra arxadan gələn avtomobillər zəncirvari şəkildə toqquşub.

Qəzada "VAZ 2106", "VAZ 21015", "Mercedes" və "Nissan" markalı avtomobillər toqquşub. Hadisə zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Əraziyə yol polisi əməkdaşları gəliblər. Sürücülərin ifadələri alınıb.

Yararsız hala düşən avtomobillər cərimə meydançasına aparılıb. Qəzaya yolun sürüşkən olmasının səbəb olduğu bildirilir.//ARB TV 

 

Videonu izləmək üçün şəklə klikləyin:

Ağır qəzanın dəhşətli görüntüləri yayıldı - 8 maşın toqquşdu, 4 nəfər yaralandı

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ