Ağız qoxusu həm şəxsi, həm də ictimai həyatda ciddi təsir imkanlarına malikdir. Ağızda qoxunun olması insanlarda kifayyət qədər komplekslər yaradır. Əksər hallarda onların ünsiyyətinə, ətrafdakılarla münasibətinə mane olur. Yəni bu hal, diqqətə alınması lazım olan bir problemdir. Pis ağız qoxusu, ağız və diş sağlamlığı qədər, ümumi sağlamlıqla bağlı əhəmiyyətli siqnal ötürücüsüdür. Yəni ağızda pis qoxu varsa, mütləq ciddiyə alınmalıdır.
Ağız qoxusunun yaranmasının fərqli səbəbləri olduğu kimi, bu qoxunun özü də fərqlidir. Həkim qeyd edir ki, əgər bu qoxu ağız boşluğu gigiyenası və diş dibi xəstəlikləri ilə bağlı deyilsə, o zaman bu tənəfüss yollarının, yəni nəfəsin qoxusudur. Bu isə yetərincə ciddi bir məqamdır və mütləq həkimə müraciət olunmalıdır.
Təbii ki, insan orqanizmi bütöv bir mexanizm kimi fəaliyyət göstərdiyindən, burda yaranan bütün xəstəliklər bir–biri ilə birbaşa əlaqəlidir. Məsələn, insanlara adi görünən bəzi məqamlar hansısa ciddi bir xəstəliyin ifadəçısı və ya törədicisi ola bilər. Tibb Universitetinin stamatalogiya kafedrasının müəllimi Dilqəm İsmayılov bildirir ki, ağız boşluğunda yaranan infeksiya bütün orqanizm üçün təhlükə mənbəyidir.
Mətn. Həkim - Stomatoloq onu da qeyd edir ki, dişlərin itirilməsindən sonra insanlara qoyulan ortepedik konustusiyalar, yəni el arasında körpü kimi tanınan usulların qeyri peşakar düzəldilməsi də, ağızda xoşagəlməz qoxu yaradır. O səbəbdən Dilqəm İsmayılov dişlərin itirilməsi zamanı daha müasir üsullardan yəni implatlardan istifadəni məsləhət görür. Bununla yanaşı dişlərin təbii qorunma və təmizlənməsi də çox önəmlidir.
Son olaraq onu deyək ki, aparılan araşdırmalardan belə məlum olur ki, dünya əhalisinin 25 faizi ağız qoxusu problemindən əziyyət çəkir. Şəxslərarası əlaqəyə, ünsiyyətə, özünüifadəyə təsir etməsi səbəbiylə ağız qoxusu, bir xəstəlik olaraq diqqət etməli olduğunuz məqamdır. Əgər belə bir probleminiz varsa ona vaxtında və lazımi müdaxiləni gecikdirməyin.
7News.Az








