RU
AK rəhbəri Rusiyanın “Taxıl sazişi”ndə iştirakını dayandırmaq qərarını pisləyib
17:40
558

AK rəhbəri Rusiyanın “Taxıl sazişi”ndə iştirakını dayandırmaq qərarını pisləyib

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Rusiyanın "taxıl sazişi”ndə iştirakını dayandırmaq qərarını pisləyib.

O, bu barədə tviter səhifəsində yazıb.

"BMT və Türkiyənin səylərinə baxmayaraq, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünə son qoymaqla bağlı riyakar addımını qətiyyətlə pisləyirəm”, - AK rəhbəri qeyd edib.

O, Avropa İttifaqının dünyanın həssas əhali qrupları üçün ərzaq təhlükəsizliyini təmin etmək üçün çalışdığını vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ