Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti,Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademikArif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) "Fəxri Qızıl Nişanı" fərqlənmə nişanı və Diplomu ilə təltif olunub.
Bu barədə 7News.Az Azərbaycan Milli Elmlər Akademiyasına istinadən məlumat verir.
Akademik Arif Paşayev bu mükafata Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının qərarı ilə akademiyanın işində xüsusi fəaliyyətinə və beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə layiq görülüb.








