Vyana Dövlət Operasının prestijli balet akademiyasında uşaqlara siqaret çəkmək məsləhət görülüb
"Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, akademiyanın əməkdaşları bunu gənc rəqqasların kökəlməyinin qarşısını almaq məqsədilə ediblər. Valideynlərin şikayətlərindən sonra məsələ gündəmə gəlib.
Bir müddət öncə isə həmin təhsil müəssisəsində rəqqasların döyülməsi və onların bədən quruluşuna görə ələ salınmaları halları ilə bağlı şikayət daxil olmuşdu.
Məsələ ilə bağlı Avstriya Mədəniyyət Nazirliyi dərhal hərəkətə keçib.
Faktla bağlı araşdırma aparılır.









