Bakı metrosunda daha bir insident olub.
Hadisə "İçərişəhər"dən "Dərnəgül" stansiyasına doğru gedən 14 saylı qatarın hərəkəti zamanı "Nəriman Nərimanov" stansiyasında baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü, Bakı şəhər sakini Sadıqov Murad Məhəmməd oğlu özünü relslərin üstünə, qatarın altına atıb. Lakin bunu görən maşinist çevik reaksiya verərək qatarı saxlaya bilib. Daha sonra işçilər onu yoldan çıxarıblar, qatarların hərəkəti də bərpa edilib. İntihara cəhd edən şəxsə heç nə olmayıb.
Hazırda M.Sadıqov polis nəzarətindədir. Hələlik onun bu addımı hansı səbəbdən atdığı məlum deyil, araşdırma aparılır.
Qeyd edək ki, Bakı metrosunda dünən də analoji hadisə baş vermişdi.
7News.az








