RU
Akif Çovdarovun köməkçiləri həbs olunublar?
18:10
1178

Akif Çovdarovun köməkçiləri həbs olunublar?

Xəbər verdiyimiz kimi, MTN-in daha bir neçə yüksək rütbəli əməkdaşı həbs olunub.

Virtualaz.org saytının yaydığı məlumatda deyilirdi ki, MTN əməkdaşlarının həbsi Baş Prokurorluq tərəfindən həyata keçirilib.

Bu gün isə bir sıra KİV-lər MTN-in həbs edilən əməkdaşlarını general Akif Çovdarovun köməkçiləri kimi təqdim etməyə cəhd göstərib.

Virtualaz.org saytı etibarlı mənbələrə istinadən bu informasiyanın həqiqətə uyğun olmadığını müəyyən edib.

Belə ki, həbs edilən MTN işçiləri nazirliyin Operativ Təminat Baş İdarəsinin iki əməkdaşı Mehman Abdullayev və Akif Əliyevdir. Bu əməkdaşların isə general Akif Çovdarova heç bir aidiyyəti yoxdur. Həbs edilən MTN əməkdaşları reketlikdə və biznesmenləri sıxışdırmaqda ittiham olunurlar.

Xatırladaq ki, prezident İlham Əliyev noyabrın 4-də ölkənin şimal-qərb bölgəsinə səfəri zamanı məhkəmə və ədliyyə orqanları işçiləri ilə görüşündə sahibkarların üzləşdikləri qanunsuzluq məsələsinə toxunmuşdu.

"Dövlət orqanlarının nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər haqsızlıqlar olub! Onlara qarşı əsassız tələblər irəli sürülüb. Bir çox hallarda əmlakları əllərindən alınıb. Onlardan böyük məbləğlərdə rüşvət alıblar, reketliklə məşğul olublar. Bəzi hallarda sahibkarların əmlakı sadəcə olaraq əllərindən alınıb, onları hədələyiblər, incidiblər. Ona görə də ədalətli məhkəmə sistemi bu hallara adekvat reaksiya göstərməlidir. Cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil. Bu kimi hallara qarşı cəza tədbirləri davam etdiriləcək. Bu hallara yol verən şəxslər mövqeyindən və vəzifəsindən asılı olmayaraq cəzalandırılacaq", - deyə prezident bildirmişdi.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ