RU
Akif Çovdarovun sürücüsü:
15:13
455

Akif Çovdarovun sürücüsü: "Akif Çovdarovun Badamdarda üç villası, Novxanıda bağ evi və sirkin yanında evi var"

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin bəzilərinin ifadələri məlum olub.

 

Cinayət işi üzrə şahid qismində dindirilənlər arasında Akif Çovdarovun qızı Aidanın həyat yoldaşı Qasımov Rövşən İsa oğlu da var. Rövşən Qasımov ibtidai istintaqa ifadəsində bildirib ki, 1987-ci ildən bu günədək Rusiya Federasiyasının Moskva və Sverdlovsk şəhərlərində ağac emalı biznesi ilə məşğul olur. Ailə qurduqdan sonra arvadı Aida Qasımova ilə Rusiya Federasiyasına köçüb və biznesini davam etdirib./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ