RU
Akif Təvəkküloğlu Milli Məclisdən ayrıldı: Yeni vəzifəyə təyin olundu
11:54
190

Akif Təvəkküloğlu Milli Məclisdən ayrıldı: Yeni vəzifəyə təyin olundu

Uzun illər Milli Məclisdə çalışan Akif Təvəkküloğlu parlamentdəki işindən ayrılıb.

 A.Təvəkküloğlu Azərbaycan Həmkarlar İttifaqları (AHİK) Konfederasiyasında vəzifəyə gətirilib.

A.Təvəkküloğlu məlumatı saytımıza təsdiqləyib. 

Bildirək ki, bununla bağlı ilk xəbəri Bakıvaxtı.az saytı verib. 

A.Təvəkküloğlu AHİK-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, A.Təvəkküloğlu 2006-2020-ci illərdə Milli Məclisin mətbuat katibi vəzifəsində çalışıb.

O, altıncı çağırış Milli Məclis işinə başlayandan sonra həmin vəzifəsindən azad edilib.

A.Təvəkküloğlu bundan sonra parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ