"Uğur-2” yaşayış kompleksində yaşayanlar toplaşmaq qərarı verib.
Onların sözlərinə görə, Bakıxanov qəsəbəsində yerləşən 8 binadakı vəziyyətlə bağlı dəfələrlə müraciət olunub, mətbuatda ictimailəşdirilib.
Amma "Akkord” şirkəti heç bir reaksiya vermir. Şirkətin işi binaları tikib satmaq və laqeydlikdən ibarətdir. İndiyə qədər maraqlanmırlar ki sakinlərin hansı problemləri var.
Onların sözlərinə görə, 8 binada liftlər bərbad vəziyyətə düşüb və heç bir tədbir görülmür. Bu liftlərin yenilənməsinə, monitorun dəyişməsinə, güzgülərin əvəzlənmədinə ehtiyac var.
Hər an təhlükə riski olan bu liftlərdən gündəlik istifadə olunur.
Şirkət rəhbərliyi isə nə vaxtsa arzuolunmaz faciə yaşanmasını gözləyir. Sakinlər bildirirlər ki, şikayət etməkdən və mediada işıqlandırmaqdan beziblər. Ona görə də 8 binanın sakini toplaşaraq etiraz aksiyası keçirməyə hazırlaşır. Sakinlər prezidentə müraciət etməyə hazırlaşır. politika.az
7news.Az








