Ermənistanla aparılan dialoq Türkiyənin bölgədəki sülhə nə qədər töhfə verdiyinin nümunəsidir.
7NEWS.Az xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransında bildirib.
O qeyd edib ki, Türkiyə real diplomatiya aparan, sözünə etibar edilə bilən dövlətdir.
"Türkiyə ilə problemləri diplomatik yollarla həll etmək istəyən heç bir tərəf uduzmayıb”, - Ömər Çelik əlavə edib.
7NEWS.Az








