RU
AKP sözçüsü: Heç kim Azərbaycan dövlətinin icazəsi olmadan ərazisində faydalı qazıntı işləri apara bilməz
19:10
261

AKP sözçüsü: Heç kim Azərbaycan dövlətinin icazəsi olmadan ərazisində faydalı qazıntı işləri apara bilməz

Azərbaycan torpaqlarında heç kim Azərbaycan dövlətinin icazəsi olmadan faydalı qazıntı işləri apara bilməz.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Laçın dəhlizindəki gərginlik də məhz bu səbəbdən baş verib.

"Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki yaşayan ermənilərin Azərbaycan rəsmilərindən icazə almadan yataqlarda istismar işlərini davam etdirməsi qəbuledilməzdir. Ermənistan bölgədə artıq təxribatlardan çəkinməli. Bölgədə sülhün bərqərar olması hər kəs üçün xeyirli olacaq”, - deyə o bildirib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ