Xəbər verdiyimiz kimi, ötən gün Qazaxıstanın Aktobe şəhərində silah mağazalarına və hərbi hissəyə basqın zaman altı nəfərin ölümü ilə nəticələnmiş hadisə baş verib.
Rəsmi Qazaxıstan bu olayı artıq terror aktı kimi qiymətləndirərək şəhərdə həyəcan siqnalının “qırmızı səviyyə” həddində müəyyənləşdiriblər. Bu barədə məlumat şəhərin sakinlərinə sms vasitəsi ilə də çatdırılıb.
Xatırladaq ki, basqınçıların radikal qeyri-ənənəvi dini cərəyanın tərəfdarları olduğu ehtimal edilir./atv.az
7News.Az








