Türkiyəli aktrisa Yeliz Yeşilmen əri Ali Uğur Akbaş tərəfindən aldadılması iddiasını rədd edib.
O, ərinin xəyanət etməsinə inanmadığını dilə gətirib. O, əri ilə bağlı qalmaqallı açıqlama verib:
"Nə ayrılmışıq, nə də boşanırıq. Belə oyunlar mənlik deyil. Ərim məni istənilən mənada güclə təmin edir, başqasını təmin edəcək halda deyil. Xəyanətə uğrasam, əsla onu bağışlamaram".
Qeyd edək ki, onlar 2010-cu ildə ailə qurublar./milli


7news.Az








