ABŞ-lı aktris Cessica Alba 18 yaşındaykən məşhur aktyor tərəfindən bəkarətinin pozulduğunu söyləyib.
7News.Az nypost-a istinadla xəbər verir ki, aktyor-prodüser-rejissor Maykl Vezerli (Michael Weatherly) Cessikanın 18 yaşı olanda onun bəkarətini pozub.
Onlar 2000-ci ildə Fox TV kanalında yayımlanan "Dark angel" serialının çəkiliş meydançasında tanış olduqdan sonra 3 il sevgili olublar.
Cessikanın ilk sevgilisi də elə Maykl olub. O, 18 yaşındaykən məşhur prodüserlə yatıb.
"Mənim bu vaxta qədər iki sevgilim olub. Onlardan birincisi Maykl idi. Həmin vaxt 18 yaşım var idi və bakirə idim. İlk intim münasibətimi aşiq olduğum insanla yaşamaq istəyirdim. Çünki tanıdığım şəxslər ilk seksinin bərbad olduğunu demişdilər. Əmin olmaq istəyirdim ki, həmin adam mənə aşiq olsun və məni tərk etməsin".
Cessika ilə Maykl 2003-ci ildə ayrılıblar. Cessika hazırda Cash Warren ilə ailəlidir, 3 övladı var.
Qeyd edək ki, bir müddət əvvəl aktrisa Elayza Daşku (Eliza Dushku) Mayklı məhkəməyə verərək ondan 9.5 milyon dollar təzminat tələb edib.
7News.Az










