Aktrisa Naibə Allahverdiyeva ATV-də yayımlanan seriala baxıb, dəhşətə gəldiyini bildirib.
Aktrisa bu barədə öz "facebook” səhifəsində status paylaşıb.
Naibə Allahverdiyeva serialın adını çəkməsə də, kollektivin işini, xüsusən də aktyorların geyimini kəskin tənqid edib: "Təsadüfən ATV kanalında yayımlanan bir seriala baxdım, dəhşətə gəldim. Bu qədər qeyri-profesionallıq olar? Qeyim üzrə rəssam yoxmu, belə biabırçılıq olar? Hadisə içi bahalı əşyalarla dolu olan villada baş verir. Ana rolunu (villanın sahibəsi) ifa edən aktrisanın qrimi, saç düzümü, əynindəki 3 manatlıq xalatı varlı qadını yox, xadiməni xatırladır. Hələ operator və rejissor işindən danışmağı lüzum bilmirəm, çünki bu faciədir! Məişət dilini seriallara gətirirlər, guya ki, bu danışıq dilidir. Başa düşmürlər ki, kinonun öz dili var. Seriallarda oynayan bəzi istedadlı aktyorlar da rejissor naşılığı üzündən pis vəziyyətə qalırlar. Gedin özünüzə başqa sənət tapın! "Bezdarnı” yığını...”
Qeyd edək ki, əməkdar artist Naibə Allahverdiyeva bu günlərdə musavat.com-a müsahibə verərkən bildirmişdi ki, bilmədiyi səbəb ucbatından çəkildiyi serialdan uzaqlaşdırılıb, adını çəkmək istəmədiyi televiziya kanalında "qara siyahı”ya salınıb. Aktrisa olanlara görə sənətindən və ölkədən gedəcəyini açıqlamışdı.//musavat.com
7News.az








